...

Son 5 ildə sosialyönlü xərclər mütləq ifadədə 4 milyard manat artıb

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Son 5 ildə sosialyönlü xərclər mütləq ifadədə 4 milyard manat artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində məcmu olaraq sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, əhalinin icbari tibbi sığortalanması, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı xərclər) dövlət büdcəsi xərclərinin 38,9 faizi həcmində və ya 14,6 milyard manat məbləğində icra olunub ki, bu da 2023-cü illə müqayisədə 303,6 milyon manat və ya 2,1 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə sosialyönlü xərclər mütləq ifadədə 4 milyard manat və ya 37,7 faiz artıb.

Sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8,4 milyard manat (2023-cü illə müqayisədə 276,4 milyon manat və ya 3,4 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4,3 milyard manat, ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 463,6 milyon manat (2023-cü illə müqayisədə 55,7 milyon manat və ya 13,7 faiz çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 126,8 milyon manat (2023-cü illə müqayisədə 10,7 milyon manat və ya 9,3 faiz çox), əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə 1,4 milyard manat (2023-cü illə müqayisədə 104,2 milyon manat və ya 8,2 faiz çox), 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması xərclərinə 35 milyon manat vəsait yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti