...

Ötən ilin sosial müdafiə və sosial təminat üzrə ayrılmış xərclərdən 4,2 milyard manat istifadə olunub

İqtisadiyyat Materials 27 May 2025 10:01 (UTC +04:00)
Ötən ilin sosial müdafiə və sosial təminat üzrə ayrılmış xərclərdən 4,2 milyard manat istifadə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinə 4,4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulsa da, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4,2 milyard manat məbləğində vəsait istifadə olunub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 64,3 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla sosial müdafiə və sosial təminat sahəsinə dövlət büdcəsi xərclərinin 11,2 faizi həcmində və ya 4,2 milyard manat vəsait yönəldilib.

Funksional təsnifata uyğun olaraq (dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla) 2024-cü ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 3,7 milyard manatı və ya 89,1 faizi sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın xətti ilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və sosial müavinətlər, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılmış vəsait, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə ödənişlər, haqqı ödənilən ictimai işlərin təşkili xərcləri və göstərilən xidmətlərə görə publik hüquqi şəxslərə dövlət büdcəsindən ayırmalar), 453,4 milyon manatı və ya 10,9 faizi sosial müdafiə (ünvanlı dövlət sosial yardımı, dövlət qulluqçularına verilən müavinət, dəfn üçün müavinət, uşağın anadan olmasına görə müavinət, şəhid olanların uşaqlarına verilən müavinət və sair sosial müavinətlər) və sosial təminat (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Sosial Xidmətlər Agentliyinin tabeliyində olan uşaq evlərinin saxlanılması xərcləri) xərclərinə sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti