...

Belarus Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

İqtisadiyyat Materials 8 Yanvar 2026 12:37 (UTC +04:00)
Belarus Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Belarusa ümumilikdə 71 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,6 milyon dollar və ya 1,6 dəfə çoxdur.

2025-ci ilin 11 ayı ərzində Azərbaycandan Belarusa ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,14 faiz təşkil edib.

Beləliklə, Belarus Azərbaycandan ən çox qeyri neft-məhsulları ixrac edən ölkələrin sırasında səkkizinci yer tutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti