Bakı.Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları (102,053 milyard manat ) təşkil edib.
Trend bu barədə ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, Fondun aktivləri 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,541 milyard ABŞ dollarına (125,020 milyard manata) çatıb.
Bundan başqa, 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat təşkil edib. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17,160 milyard manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20,434 milyard manat olub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14,627 milyard manat təşkil edib.
