...

Azərbaycan banklarının xalis daxili aktivləri artıb, xarici aktivləri isə azalıb

İqtisadiyyat Materials 28 Yanvar 2026 13:51 (UTC +04:00)
Azərbaycan banklarının xalis daxili aktivləri artıb, xarici aktivləri isə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 25,822 milyard manat təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,3 milyard manat (-8,3%), ötən ilin yanvarın 1-nə nisbətən isə 781,9 milyon manat (-2,9%) azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 24,038 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,6 milyard manat və ya 8,5%, ötən ilin yanvarın 1-nə nisbətən isə 4,1 milyard manat və ya 20,8% çoxdur.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 57,086 milyard manat, cəmi öhdəlikləri 49,744 milyard manat, balans kapitalı 7,342 milyard manat olan 22 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti