Bakı. Trend:
2025-ci il üzrə funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 8,068 milyard manat təşkil edib.
Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə 2025-ci il ərzində müdafiə və milli təhlükəsizlik xərclərinə 22,9 faiz və ya 1,506 milyard manat artıb.
Bundan başqa, hesabat ilində iqtisadi fəaliyyət xərcləri 7,580 milyard manat, təhsil xərcləri 4,618 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri 4554,4 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 4456,1 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 2919,9 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 2786,8 milyon manat, səhiyyə xərcləri 1275,3 milyon manat, kənd təsərrüfatı xərcləri 1120,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 527,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 374,2 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 322,5 milyon manat icra olunub.
2024-cü illə müqayisədə 2025-ci il ərzində sosial müdafiə və sosial təminat xərclərinə 9,7 faiz və ya 403,3 milyon manat, ümumi dövlət xidmətləri xərclərinə 8,3 faiz və ya 341,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 6,1 faiz və ya 30,3 milyon manat, təhsil xərclərinə 5,2 faiz və ya 228,2 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 3,9 faiz və ya 110,1 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 3,4 faiz və ya 12,3 milyon manat, kənd təsərrüfatı xərclərinə 2,3 faiz və ya 25,1 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 0,9 faiz və ya 3,0 milyon manat çox vəsait yönəldilib.
