...

Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

İqtisadiyyat Materials 4 Fevral 2026 11:10 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları artıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

"Strateji valyuta ehtiyatlarımız 85,1 milyard ABŞ dolları səviyyəsində formalaşıb. AMB-nin ehtiyatları isə 11,5 milyard ABŞ dolları olub", - sədr vurğulayıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanını strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,1 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyir.

2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129 milyard 94,0 milyon manat (75 milyard 937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti