...

AMB cari əməliyyatlar balansı proqnozunu yeniləyib

İqtisadiyyat Materials 4 Fevral 2026 11:20 (UTC +04:00)
AMB cari əməliyyatlar balansı proqnozunu yeniləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari əməliyyatlar balansının (CƏB) proqnozu orta müddətdə müsbətdir. Bu il CƏB profisitinin 2,8–3 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proqnozlarda neftin bir barelinin orta qiyməti 64 ABŞ dolları, qazın isə 269 ABŞ dolları səviyyəsində nəzərdə tutulur.

“2027-ci ildə isə CƏB profisitinin 2,7–2,8 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir”, – deyə AMB sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti