Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli 2,087 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 48,7 milyon manat və ya 2,4%, ötən ilin eyni dövrünə nisbətən isə 300,9 milyon manat 16,8% artıb.
Belə ki, kənd təsərrüfatı sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin dekabrın 1-nə 2,038 miyard manat, ötən ilin yanvarın 1-nə isə 1,786 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,063 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat), istehlak kreditlәri 31,1% (9,354 milyard manat) vә ipoteka kreditlәri 15,3% (4,602 milyard manat) təşkil edib.
