...

Ekspert: "Avronun dollara münasibətdə məzənnəsinin qalxması Azərbaycan üçün sərfəli deyil" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Trend ın eksperti Ellada Xankişiyeva hesab edir ki, avronun dollara münasibətdə məzənnəsinin qalxması Azərbaycan üçün sərfəli deyil.

ABŞ dollarının avroya münasibətdə məzənnəsinin yeni rekord səviyyədə aşağı düşməsi ilə ötən çərşənbə günü Avropada sövdələşmələr həyata keçirilib. Həmin gün bir avro 1,3903 dollara dəyişdirilib. Dünya iqtisadiyyatı tarixində heç vaxt dolların məzənnəsi Avrorpa valyutası ilə müqayisədə belə bir minimum səviyyəyə enməyib.

Ekspertin fikrincə, son zamanlar Azərbaycan iqtisadiyyatının dollarizasiyasının aşağa düşməsinə baxmayaraq, (məsələn, bir il ərzində əhalinin banklardakı əmanətləri 3,2 dəfə, xarici valyuta ilə isə 29% artıb) dollar Azərbaycan üçün aşağıdakılar deməkdir:

- ən likvid xarici valyuta

- neft layihələri üzrə daxil olan əsas valyuta

- xarici ticarət əməliyyatları üzrə hesablamalar zamanı istifadə olunan əsas xarici valyuta

- əsasında kifayət qədər "dərin" daxili valyuta bazarının mövcud olduğu valyuta

- vasitəsilə bir sıra özəl şirkətlərdə əmək haqqının ödənildiyi və əhalinin böyük hissəsinin öz vəsaitlərini saxladığı valyuta

- Azərbaycanın ixrac mallarının qiyməti ənənəvi olaraq dünya bazarında bu valyuta ilə təyin edilir

"İxrac nəticəsində ölkəyə praktiki olaraq dolların daxil olduğu, idxalın isə demək olar ki, beşdə bir hissəsinin Avropa ölkələrinin payına düşdüyü təqdirdə Azərbaycan iqtisadiyyatı uduzur. Analoji dollar kütləsinə Avropada çox az əmtəə almaq olar" - deyə ekspert bildirib.

AR-in Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2007-ci ildə ixracın həcminə görə İtaliya birinci, Türkiyə isə ikinci yeri tutur. 2007-ci ilin birinci yarım ili ərzində İtaliyaya 480,6 mln. dollar dəyərində əmtəə ixrac olunub ki, bu ixracın ümumi həcminin 19%-ni təşkil edir.

"Avronun məzənnəsinin qalxması Azərbaycanın valyuta bazarında bu valyutanın rolunu artırır. Avronun güclənməsi nəticəsində konversiya qabiliyyətini ölkə daxilində yaxın keçmişdə bərpa etmiş manat zərər çəkə bilər. Avropa mallarının qiyməti qalxmaqda davam edir və qısa müddət ərzində infilyasiyanın stimullaşdırılması ehtimali var" - deyə ekspert xəbərdar edir. Ümumilikdə analitiklər beynəlxalq maliyyə bazarlarında Amerika valyutasının mövqeyinin zəifləyəcəyini və cari ilin sonunda valyutanın məzənnəsinin - bir avro-1,4 dollara bərabər olacağını bildirirlər.

Xəbər lenti

Xəbər lenti