...

Prezident İlham Əliyev: "Gələn il respublikada dövlət investisiyalarının həcmi 3 mlrd. dollar çatacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2007 12:38 (UTC +04:00)
Prezident İlham Əliyev:  "Gələn il respublikada dövlət investisiyalarının həcmi 3 mlrd. dollar çatacaq"

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ Gələn il Azərbaycan büdcəsində dövlət investisiyalarının həcmi 3 mlrd. dollra çatacaq. Bu barədə çərşənbə günü Bakıda Azərbaycan və Xorvatiya iş adamlarının qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev məlumat verib.

"Azərbaycanda iqtisadiyyat tamamilə liberallaşdırılıb. Azərbaycan, adambaşına qoyulan xarici investisiyaların həcminə görə, regionda liderdir" - deyə İlham Əliyev bildirib. O, qeyd edib ki, Azərbaycan xarici investisiyaların cəlb edilməsi siyasətini davam etdirəcək.

Azərbaycan prezidentinin sözlərinə görə, son üç il ərzində respublikada ÜDM 96 faizə çatıb. O, Xorvatiya iş adamlarını Azərbaycanın iqtisadiyyatına investisiya qoymağa dəvət edib və qeyd edib ki, bu, mənfəətli işdir.

Prezident İlham Əliyevin rəyinə görə, Xorvatiya şirkətləri Azərbaycanda podratçı kimi fəaliyyət göstərə bilərlər. Prezident Azərbaycan və Xorvatiya iş adamlarının müxtəlif sahələrdə, xüsusilə də, gəmiqayırma sahəsinədə reallaşdıra biləcəkləri birgə layihələri sadalayıb. Onun sözlərinə görə, Xorvatiya gəmiqayırma sahəsində böyük təcrübəyə malikdir, Azərbaycanın isə, yeni tanker və yük gəmilərinə ehtiyacı var.

Prezident, həmçinin, farmakalogiya və turizm sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti