...

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin bir hissəsinin tikintisi üçün beynəlxalq tende r elan olunb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 18:38 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın "Marabda-Kartsaxi dərmir yolu" məhdud məsuliyyətli cəmiyyəti cümə axşamı Axalkalaki-Kartsaxi dəmir yolunun 25 km-lik-hissəsi və 200 metrlik tunelin tikintisi üçün beynəlxalq tender elan edib. Bu barədə MMC nümayəndəsi Nino Şaduri məlumat verib.

"Maraqlı şirkətlər bu cür iş təcrübəsinə malik olmalıdırlar və mükəmməl TİƏ təqdim etməlidirlər",-deyə o bildirib. Tender bir lot üzrə keçirilir və bir qalib müəyyən olunacaq. Dəmir yolu səhəsi və tunelin tikintisi üzrə bütün işlər 2009-cu il 1 oktyabrdan gebc olmayaraq başa çatdırımalıdır.

Marabda-Kartsaxi dərmir yolu sahəsi 422 mln. dollar dəyərində qiymətləndirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin bir hissəsidir.

Əlavə infrastrukturun tikilməsi nəzərə alınsa, ümumilikdə 600 mln. dollar sərf olunacaq.

Marabda-Axalkalaki dəmiryolu magistralının sahələrinin tikintisi və reablitasiyası üçün Azərbaycan Gürcüstana 25 il müddətinə 1 faizlə 200 mln. dollar həcmində kredit ayıracaq.

Xəbər lenti

Xəbər lenti