...

Xəzərdə vertolyot qəzası nəticəsində həlak olanlardan 2 nəfərin bu ğün aşkar olunmuş cəsədləri sahilə çatdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2007 21:00 (UTC +04:00)
Xəzərdə vertolyot qəzası nəticəsində həlak olanlardan 2 nəfərin bu ğün aşkar olunmuş cəsədləri sahilə çatdırılıb

Azərbaycan, Bakı /müxbir. Trend S.Əliyev/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dalğıc gəmisi, AZAL Dövlət konserninə məxsus olan vertolyotun qəzası nəticəsində həlak olanlardan 2 nəfərin bü gün aşkar olunmuş cəsədlərini, şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün sahilə çatdırdı. Bu barədə ertəsi gün ARDNŞ-in ictimai əlaqələr və mətbuat işləri üzrə şöbə rəisi Nizaməddin Quliyev bildirdi. Onların birinin aviasiya formasında, digərinin isə mülki geyimdə olduğu bildirilir.

Vertolyotda olan digər 2 nəfərin axtarışı davam edir. Şənbə günü 2 nəfərin cəsədi aşkar olunmuşdur.

Oktyabrın 12-də təxminən saat 21.30-da "Azalheliokopters" müəssisəsinin balansında olan 25152 markalı MI-8 vertolyotu "Bayıl Limanı" kəşfiyyat dəniz qurğusu idarəsinin əməkdaşlarından biri olan Əsədov Qəhrəman Soltan oğlunun sağlamlığında yaranan problemlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Xəzər -4" üzən qazma qurğusunun yerləşdiyi "Qərbi Abşeron" neft və qaz dəniz yatağı rayonuna çağırılıb.

Xəstə və onu müşayiət edən Şaşkayev Zahid Cavad oğlunu göyərtəsinə götürən vertolyot bir neçə vaxtdan sonra qurğudan 200 metr aralıda dənizə düşüb

Hadisə zamanı vertolyotda 4 heyyət üzvü - Viktor Qlinenko, Vladimir Nekrasov, Əhməd Əliyev, Cahid İbrahimov və yuxarıda qeyd olunan ARDNŞ-in əməkdaşları - "Xəzər-4" qurğusunun mühəndisi 1951-ci il təvəllüdlü Əsədov Qəhrəman Soltan oğlu və 6-cı bölmənin elektriki 1956-cı il təvəllüdlü Şaşkayev Zahid Cavad oğlu olub.

Xəbər lenti

Xəbər lenti