...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabr ayının 16-da saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10200717S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

İstiqrazların ümumi həcmi - 5 000 000 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti - 91 gün, ödəmə tarixi - 15 yanvar 2008-ci ildir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti