...

Türkiyə prezidenti: "İki ay ərzində "Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisinə başlanacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2007 18:19 (UTC +04:00)
Türkiyə prezidenti: "İki ay ərzində "Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisinə başlanacaq"

Türkiyə, Ankara / Trend , müxbir A.İsmayılova/ Cümə axşamı Türkiyə prezidenti Abdulla Gül Ankarada azərbaycanlı jurnalistlərə verdiyi müsahibə zamanı bildirib ki, ilin sonuna qədər Gürcüstan, Azərbaycan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək "Bakı-Tbilisi-Qars" dəmir yol xəttinin tikintisinin başlanması ilə bağlı mərasim keçiriləcək.

"Növbəti iki ay ərzində "Bakı-Tbilisi-Qars" dəmir yolunun təməl qoyma mərasiminin keçirilməsi gözlənilir" - deyə Abdulla Gül bildirib.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində dəmir yol magistralının 105 kilometrlik yeni qolunun tikmək planlaşdırılır ki, bu magistralın 76 kilometri Türkiyə ərazisindən, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bununla yanaşı, Gürcüstanda "Axalkalaki-Mardaba-Tbilisi" dəmir yolunun 183 kilometrlik hissəsi bərpa olunub. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi məqsədilə Azərbacyan tərəfindən Gürcüstana təqdim olunan kreditin ümumi həcmi 200 mln. dollar təşkil edəcək. Kredit, faiz dərəcəsi 1% olmaqla, 25 illik müddətə ayrılacaq.

Layihə 422 mln. dollar, infrastruktur nəzərə alınmaqla, 600 mln. dollar dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti