...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalçılarına subsidiyalar ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2007 17:24 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalçılarına subsidiyalar ayıracaq

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın kənd təsrrüfatı naziri İsmət Abbasovun verdiyi məlumata görə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalçılarına dekabr ərzində hər bir hektar səpin ərazisinə görə 40 manat həcmində subsidiya ayıracaq.

Azərbaycan Nazirlər Kabineti noyabrın 14-də taxıl istehsalçılarına subsidiyaların verilməsi barədə sərəncam imzalayıb. Sərəncam taxıl istehsalçılarının stimullaşdırılması, istehsalçıların maddi marağının artırılması və daxili istehsal hesabına çörəyə olan tələbatı ödəmək məqsədi daşıyır.

Bu vəsaitin bir hissəsi 80 mln. manat həcmində istifadə olunmayan büdcə vəsaitləri hesabına ayrılacaq və bu vəsaitlər istehsalçılara yanacaq üzrə subsidiyalar verilməsi üçün nəzərdə tutulub. Vəsaitin çatışmayan hissəsi istifadə olunmayan və istehsalçılara güzəştli gübrə satışını nəzərdə tutan vəsait hesabına təmin ediləcək.

Nazir hesab edir ki, ilin əvvəlində kənd təsərrüfatının inkişafı üçün 80 mln. manat vəsaitin ayrılması və fermerlərin mövcud 9 verginin səkkizindən azad olunmasını nəzərə alsaq, bir hektar üçün 40 manat az məbləğ deyil. Azərbaycan fermerləri yalnız torpaq vergisi ödəyir.

"Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tələb olunan şəraiti yaradıb" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti