...

Azərbaycan vətəndaşlarının nəzərinə: 2008-ci il ölkənin mənzil- kommunal təsərrüfatında islahatlar ili elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2007 18:53 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının nəzərinə: 2008-ci il ölkənin mənzil- kommunal təsərrüfatında islahatlar ili elan olunub

Azərbaycan, Bakı / " Trend Azərbaycanın dağılmaqda olan mənzil-kommunal təsərrüfatının (MKT) tezliklə məhv olacağı barədə məlumatlara baxmayaraq, bu təsərrüfat hələ də fəaliyyətdədir, Ən acı, zibil qutularının təmizliyini təmin edir. MKT-nin digər vəzifələrinin ləğv olunmasından sonra yerdə qalan azsaylı vəzifələrindən biri , amartizasiya xidmətləri və mənzillərin istismarına görə ödənişlərin yığılmasıdır.

Bu gün çox az adam olar ki,mənzil şəraitindən, daha dəqiq desək, mənzil-kommunal təsərrüfatı xidmətlərinin keyfiyyətindən şikayətlənməsin. Demək olar ki, mənzil fondunun amartizasiyasiyası üzrə xidmətlər mövcud deyil, binaların əsaslı təmiri aparılmır və s. Mənzil-İstismar Sahəsi (MİS) zibilin daşınmasından başqa, heç bir məsələyə görə məsuliyyət daşımır, lakin mənzil kompleksini idarə etməkdə və kommunal ödənişləri toplamaqda davam edir, bu ararda da manatın denominasiyasından sonra, istismar qiymətlərini öz xeyirlərinə yuvarlaqlaşdırırlar. Şikayətlər təkcə MİS- lərdən deyil, MİS-in özündən də daxil olur. Kommunal sahənin işçilərinin əsas şikayəti əhaliyə göstərilən xidmətlərin müqabilində, aşağı tariflərin olmasıdır. Əhali tarifləri Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş səviyyə üzrə ödəyir. MİS üçün lazım olan avadanlıq və material yerli hakimiyyət orqanlarının sakinlərdən topladığı ödənişlərin səviyyəsindən dəfələrlə çox olan bir qiymətə alınır. Nəticədə isə, MİS sırf itkiyə işləyir.

Mənzil-kommunal sektorunun işçilərinin sayı barədə statistik rəqəmlərə nəzər salsaq görərik ki, 1995-ci ildən bu günə qədər bu rəqəm dayanmadan artır, bu isə, öz növbəsində, əməyin ödənilmə xərclərini artırır. Belə bir fikir meydana gəlir ki, MİS işçilərinin sayı azaldılmalıdır. Bu onunlaizah oluna bilər ki, əhaliyə bir çox kommunal xidmətlərini (elektrik enerjisi, qaz, su təminatı) müəyyən təşkilatlar göstərir. ("Azərenerji" SC, "Azəriqaz" QTSC, "Azərsu" SC). Bu təşkilatlar istismar xərclərini öz infrastrukturuna görə həyata keçirir, göstərdikləri xidmətə görə də gəlir və mənfəət əldə edir. Bu səbəbdən də, MİS-də qaz və su kəmərlərinin, elektrik xətləri və kabellərinin təmiri və istismarı ilə məşğul olan işçilərin olması artıqdır. Buradan aydın olur ki, MİS dövlət vəsaitini səmərəsiz xərcləyir. 2008-ci ildə mənzil-kommunal təsərrüfatına yatırılan dövlət vəsaitlərinin artımının 21,5% təşkil edəcəyi planlaşdırılır.

Aydındır ki, MİS-in hazırki variantda fəaliyyət göstərməsi çox səmərəsiz sistemin nümunəsidir. Hətta kommunal sektorun səmərəli işləməsinə imkan yaradacaq və vaxtilə yeganə çıxış yolu sayılan üsul (sektora investorların cəlb ediliməsi yolu ilə bazar münasibətlərinin yaradılması) elektrik paylaşdırıcı şəbəkələrin Türkiyənin "Barmek" şirkətinə verilməsi ilə, daha sonra isə, qalmaqalla geri qaytarılması ilə məhdudlaşdı. Bu səbəbdən də Azərbaycan hökumətinin mənzil-kommunal sektorunda islahatlar proqramı üzərində işləməsi və 2008-ci ilin bu sektorda islahatlar ili elan olunması, bu sektorda mövcud problemələrin həll olunacağına və MİS-in səmərəli şəkildə fəaliyyət göstərən mexanizmə çevriləcəyinə ümid verir.

(Ellada Xankişiyeva - Trend analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti