...

Nabucco layihəsinin iştirakçıları Türkiyə ilə problemlərin yaranacağından ehtiyatlanırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2007 22:53 (UTC +04:00)
Nabucco layihəsinin iştirakçıları Türkiyə ilə problemlərin yaranacağından ehtiyatlanırlar

Nabucco layihəsinin iştirakçıları Türkiyənin Xəzər dənizindən qazın tranzitinə maneələr yarada biləcəyindən ehtiyatlanırlar. Bu sözləri Macarıstanın iqtisadiyyat və nəqliyyat naziri Yanoş Koka deyib.

Avropalılar güman edirlər ki, Nabucco hesabına Rusiya qazından asılılığı azaltmaq mümkün olacaq. Lakin konsorsium iştirakçıları olan Macarıstan, Bolqarıstan, Rumıniya və Avstriya müvafiq təminatları ala bilməyiblər. Bu təminatlarsız isə kəmərin tikintisinə 6 milyard dolları cəlb etmək asan olmayacaq.

"Mən Bakıya Türkiyədən gəlmişəm. Orada bolqar və rumın həmkarlarımızla Nabucco layihəsini müzakirə etmişik... Əmin olmaq istəyirik ki, Türkiyə Azərbaycan, Türkmənistan və digər ölkələrdən qazın aılnması məsələsində maneələr törətməyəcək" - deyə macarıstanlı nazir vurğulayıb. ( Reuters )

Xəbər lenti

Xəbər lenti