...

Azərbaycanın iri sığorta şirkəti Gürcüstanda törəmə strukturunu açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ "Standard Insurance" sığorta şirkətinin cümə axşamı yaydığı məlumatda bildirilir ki, Azərbaycanın iri sığorta şirkətlərindən biri olan sığorta şirkəti rəsmi olaraq Azərbaycandan kənarda sığorta xidmətləri göstərəcəyini açıqlayıb.

Gürcüstanın qeydiyyat orqanları 14 noyabr 2007-ci ildə "Standard Insurance Georgia" şirkətinə bu ölkənin ərazisində sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. "Standard Insurance"ın törəmə müəssisəsi olan bu şirkət Gürcüstan bazarında həyat sığortası daxil olmaqla bütün sığorta növləri üzrə xidmət göstərəcək. Yeni şirkətin fəaliyyətində təkrar sığorta əməliyyatlarının əhəmiyyətli yer tutacağı gözlənilir.

Bakı baş ofisi öz törəmə şirkətindən istelakçılara hər növ sığorta xidmətləri göstərməklə Gürcüstan bazarında vüsətlə start almağını və yüksək keyfiyyətli xidmət göstərməyini gözləyir.

"Standard Insurance Georgia" Gürcüstan dövləti tərəfindən cari ilin oktyabrında rəsmi qeydiyyatdan keçirilib. Başlanğıc üçün səhmdar cəmiyyətin nizamnamə kapitalı 1,6 mln. lari (təxminən 1 mln. ABŞ dolları) həcmində müəyyən olunub. Beləliklə, "Standard Insurance" ASC qonşu Gürcüstanda törəmə müəssisə açan ilk Azərbaycan sığorta şirkəti oldu.

"Standard Insurance" şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Ötən illər ərzində "Standard Insurance" "Lloyd's" brokeri AON Qrupunun "Etibarlılıq siyahısında" ölkənin sığorta biznesini təmsil edən yeganə şirkət olmaqla sanballı beynəlxalq nüfuz qazanıb. Bu yaxınlarda isə şirkət "Moody's Investors Service" beynəlxalq aqentliyindən müsbət proqnozlu "B1" reytinqini alaraq Azərbaycan özəl maliyyə sektorunun tarixində ən yüksək reytinq dərəcəsini əldə edib.

Xəbər lenti

Xəbər lenti