...

Bakı Banklararası Valyuta Birjası 2007-ci ilin noyabr ayı ərzində SKV-nin birja bazarının qabaqcıl operatorlarını müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının bazar ertəsi yaydığı məlumata görə, 2007-jı il noyabr ayının yekunlarına görə, Bakı Banklararası Valyuta Birjası (BBVB) valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyini təyin edib. Hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna Azərbaycan Beynəlxalq Bankı, "Unibank" ASC, "Bank Standard" QSC, "Texnikabank" ASC və "Azərbaycan Sənaye Bankı" daxil olub. Ötən ayda onların bağladıqları əqdlərin birjanın valyuta bölməsində keçirdiyi elektron hərracların ümumi həcmindəki payı aşağıdakı cədvəldə göstərilib.

BANKLAR ÜMUMİ HƏCMİNDƏKİ PAYI (faizlə)
Azərbaycan Beynəlxalq Bankı 48.25%
"Unibank" 13.51%
"Bank Standard" 10.47%
"Texnikabank" 10.03%
"Azərbaycan Sənaye Bankı" 3.10%

* Milli bankın birjada apardığı əməliyyatlar nəzərə alınmayıb.

Ümumi hesabda 2007-cı ilin sentyabr ayında Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində keçirilən hərraclarda 25 bank iştirak edib. Həmin dövrdə BBVB-də 44 ticarət sessiyası keçirilib və nəticədə, 120 əqd qeydə alınıb. Valyuta bölməsinin həcmi ötən ayda 158.375 milyon manat təşkil edib və dollar ekvivalentində 186.873 milyona çatıb. Cari ilin oktyabr ayı ilə müqayisədə bu, 80.2 mln. manat və yaxud 2.02 dəfə çoxdur. Bununla belə, noyabrda qeydə alınan valyuta hərracların həcmi cari ilin ən yüksək aylıq göstəricisi sayıla bilər. Ümumlikdə isə, yanvar-noyabr ayları ərzində birjanın həcm göstəriciləri ümumi hesabda 1.317 milyard manata, dollar ekvivalentində 1,538 milyarda çatıb. On bir ayın həcmi, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 14.701 milyon AZN və ya 1.13% çoxdur.

Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0.27% artıb - hər USD görə 0.8498-dən 0.8475 AZN qədər.Nəticədə milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birca məzənnəsi noyabrda 0.8475 bərabər olub, halbuki, oktyabr ayında bu göstərici 0,8498 AZN təşkil edirdi. Qeyd etmək lazımdır ki, son bir il ərzində manatın ABŞ dollarına qarşı birja məzənnəsi 2.87% artıb.

Xəbər lenti

Xəbər lenti