...

Bakı Fond Birjasında əməliyyatların ümumi dövriyyəsi dörd dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007]ji ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 4.721,562 mln. AZN təşkil edib və bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisindən 416,83 % yuxarıdır. Bu barədə birjanın bazar ertəsi yaydığı məlumatda bildirilir. Bu əməliyyatların 93,36 %-i dövlət qiymətli kağızlarının payına düşür. Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmayıb. Belə ki, korporativ istiqrazların ilkin bazarında 20%-lik azalma müşahidə edilib. Ən böyük, 20 dəfəlik artım isə, repo əməliyyatları bazarında müşahidə olunub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl

(yanvar-noyabr, 2007)

Bazarın seqmentləri 2007 (30.11.07)AZN 2006 (30.11.06)AZN 2006-ci ilə faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 198.390.219,98 91.403.303,58 217,05%
DQİ (AR MN) - (təkrar bazar) 24.938.074,38 5.746.616,24 433,96%
Notlar (AR MB) - (yerləşdirmə) 1.672.886.271,04 702.455.193,34 238,15%
Notlar (AR MB) - (təkrar bazar) 208.888.370,88 103.166.605,64 202,48%
Repo əməliyyatlar 2.302.712.947,47 111.678.368,16 2061,92%
Cəmi DQK bazarı 4.407.815.883,75 1.014.450.086,96 434,50%
Korporativ istiqrazlar - (yerləşdirmə) 26.225.470,25 32.768.628,24 80,03%
Korporativ istiqrazlar - (təkrar bazar) 12.549.332,29 1.842.953,36 680,94%
Səhmlər - (yerləşdirmə) 194.078.128,40 70.486.378,35 275,34%
Səhmlər - (təkrar bazar) 80.892.891,83 13.188.367,46 613,37%
Cəmi KQK bazarı 313.745.822,77 118.286.327,41 265,24%
CƏMİ 4.721.561.706,52 1.132.736.414,37 416,83%
Xəbər lenti

Xəbər lenti