...

İtaliya Azərbaycan iqtisadiyyatının Avropaya inteqrasiyasında körpü olmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ İtaliya Azərbaycanla iqtisadi əməkdaşlığın diversifikasiyasında maraqlı olduğunu bildirib. Çərşənbə günü, Bakıda olan İtaliyanın İqtisadi İnkişaf naziri Pyer Luici Bersani azərbaycanlı həmkarı Heydər Babayevlə görüşdə bildirib ki, əməkdaşlıq üçün daha perspektivli sektorların müəyyən edilməsi məqsədilə 2008-ci il yanvarın ortalarında Azərbaycana böyük iqtisadi nümayəndəlik gələcək. "Biz Azərbaycan tərəfindən əməkdaşlıq planları gözləyirik. Bu planlarla tanış olduqdan sonra italiyalı iş adamları öz biznes-planların hazırlayacaqlar"-Bersani bildirib. Bu, italiyalı nazirin Bakıya ikinci səfəridir və o öz həmkarını İtaliyaya səfərə dəvət edib. Bersani Bakıda ilk dəfə 1999-cu ildə olub. "Mən Azərbaycanın hazırki iqtisadi strategiyasının yaradılmasının şahidi olmuşam və 1999-cu ildə imzalanan razılaşma ölkələr arasında əməkdaşlıq üçün atılan ilk addım idi. Lakin indi Avropa və Mərkəzi Asiya ilə münasibətlərin növbəsi çatıb"-italiyalı nazir bildirib. İtaliyalı nazir qeyd edib ki, Azərbaycanın maraqları Avropa ilə daha möhkəm qarşılıqlı münasibətlərin yaranmasından ibarətdir və ölkənin müstəqil siyasətini saxlamaq arzusu iqtisadi əlaqələrin genişləndirilməsinə gətirib çıxaracaq. "İtaliya Azərbaycan və Avropa arasında körpü olmağı arzu edir və ilk Azərbaycan qazının Avropaya İtaliyanın yardımı ilə nəql edilməsi böyük fəxrdir" -Bersani qeyd edib. Bununla yanaşı, o hesab edir ki, iqtisadi əməkdaşlığı genişləndirmək üçün başqa sektorlar da mövcuddur. Babayev güman edir ki, hazırda əsas xarici ticarət tərəfdaşı olan İtaliya ilə Azərbaycanın əməkdaşlığın yeni mərhələsinə daxil olmalarının nəticələri yaxın vaxtlarda görünəcək. Bununla yanaşı o, iqtisadi əməkdaşlıq sturkturunda dəyişikliklərin edilməsini və əməkdaşlığın investisiyaların yatırılması, qeyri-neft sektorunda münasibətlər istiqamətində genişləndirilməsini vacib hesab edir. Hazırda İtaliya şirkətləri, əsasən, ölkənin istehlak bazarında təmsil olnunurlar. Bu görüşdə İtaliya üçün prioritet sayılan sahələr kimi infrastruktur, sənaye, qiymətli kağızlar bazarı və bank sektoru göstərilib. 2006-cı ilin nəticələrinə görə, İtaliya və Azərbaycan arasında xarici ticarətin ümumi həcmi 2.9 mlrd. dollar, 2007-ci ilin 9 ayı ərzində isə, 0.698 mlrd. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti