...

BMK Azərbaycan İpoteka Fonduna yeni modelin və sekyuterizasiyanın proqramının hazırlanmasında yardım edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycan Milli Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fonduna ipoteka kreditləşməsinin yeni modelinin və sekyuterizasiya proqramının hazırlanmasında yardım edir. Bu barədə cümə axşamı BMK-nın Mərkəzi Asiyada ilkin ipoteka kreditləşməsi bazarının inkişafı layihəsinin rəhbəri Ruiz-Morales məlumat verib. Hazırda AİF-də subsidiya ipoteka modeli tətbiq edilir. Bu, ehtiyatlarla ipoteka maliyyələşdirilməsini məhdudlaşdırır. İmkanların genişləndirilməsi və əlavə vəsaitlərin cəlb edilməsi məqsədilə fond ilk növbədə kommersiya ipoteka kreditləşməsi üçün model tətbiq etməlidir. Morales sosial ipoteka proqramı çərçivəsində kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsini mümükün hesab edir. "Belə praktika digər ölkələrdə tətbiq edilir. Lakin bununla yanaşı, sosial ipoteka ilə İpoteka Fondlarının ayrıca strukturları məşğul olur" məsləhətçi bildirib. BMK-nın layihəsinin əhatə etdiyi beş ölkədən ipoteka kreditləşməsində daha irəli gedən, böyük ipoteka portfelinə malik Qazaxıstandır. Digər ölkələr isə ipoteka bazarının inkişafının ilkin mərhələsindədirlər. Azərbaycandə ipoteka kreditləri əsasən bu gün üçün vəsaitləri tükənən AİF tərəfindən verilib. Moralesin rəyinə görə, Azərbaycan yeni modeli tətbiq edərkən digər ölkələrin təcrübəsindən istifadə edə bilməz. Belə ki, Qazaxıstan dünya ipoteka böhranı ilə əlaqədar olaraq problemlərlə üzləşib. Bu, qazax bankları tərəfindən vəsaitləri qısa müddətlə almalarına baxmayaraq, uzunmüddətli dövr üçün ipoteka kreditləri vermələri ilə bağlıdır. Böhran nəticəsində xarici investorlar bu banklara əlavə investisiyalar təqdim etməkdən imtina ediblər. "Bu səbəbdən Azərbaycan bu səhvləri etməməlidir və iş müddətində onları aradan qaldırmağa çalışmalıdır" məsləhətçi hesab edir. Onun rəyinə görə, Azərbaycan banklarında sekyuterizasiya metodu ilə ipoteka kreditlərinin verilməsi dövlət səviyyəsində ümumi proqram qəbul edildikdən sonra mümkün ola bilər. Qanuvericiliyin təkmilləşdirilməsi və AİF-in institusional potensialının artırılması BMK-nın texniki yardım layihəsinin II fazası çərçivəsində aparılır. Layihə maliyyə korporasiyası tərəfindən İsveçrənin Dövlət Katibliyi (State Secretariat for Economic Affairs - SECO) ilə birgə aparılır. Regional olması, Mərkəzi Asiyanı və Azərbaycanı əhatə etməsinə baxmayaraq, SECO-nun vəsaitləri yalnız Azərbaycan üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti