...

Dövlət Baytarlıq Xidməti monitorinqin nəticələrinə əsaslanaraq Azərbaycanda "quş qripi"nin olmadığını bəyan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2007 13:21 (UTC +04:00)
Dövlət Baytarlıq Xidməti monitorinqin nəticələrinə əsaslanaraq Azərbaycanda "quş qripi"nin olmadığını bəyan edib

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanda "quş qripi"nin xəbərdarlığı üzrə 2007-ci ilin sonuncu monitorinqi ölkə ərazisində bu xəstəliyi aşkar etməyib. Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən məlumat veriblər. Monitorinq dekabrın 17-də Abşeronda və yaxın ərazilərdə -Dəvəçidə, Salyanda, Ağcəbədidə, Lənkərənda başlayıb və dekabrın 28-də başa çatıb. Monitorinqin gedişində ev və vəhşi quşların 2 mindən çox qan nümunəsi, patoloji materialları alınıb. "Onların heç birində virus aşkar edilməyib"-Baytarlıq Xidmətindən bildiriblər. Bu il dövlət xidməti 12 monitorinq keçirib, vəhşi və ev quşlarının 8 mindən çox nümunəsi öyrənilib. Buna baxmayaraq, Azərbaycanda 2005-ci ildə vəhşi quşların ovu, istifadəsi və satışına qoyulan qadağa qüvvədə qalır. Yalnız "quş qripi"nin deyil, Afrika taunu, dabaq və digər xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkənin bütün sərhəd-buraxılış baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyir.

Xəbər lenti

Xəbər lenti