...

Ərəb investorları Gürcüstana investisiya yatırılması qərarını təsdiqləyiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2008 13:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 fevral / Trend , müxbir N.Kirtsxaliya / Ərəb investorları Gürcüstana həm iri investisiya, həm də kiçik ölçüdə kapital yatırmaları etmək niyyətindədir. Bu barədə Tbilisidə BƏƏ şeyxi, təhsil və elm naziri, "Abu-Dabi" investisiya qrupunun təsisçisi Naxian ibn Mabarak əl Naxiax jurnalistlərə bildirib.

O qeyd edib ki, Gürcüstanın təklifini qəbul ediblər və son zamanlar ölkədə baş verən sosial-demokratik dəyişikliklərə əmin olmaq üçün ölkəyə gəliblər. "Gürcüstan digər ölkələr üçün inkişaf modeli olub və qısa müddətdə inkişafa necə nail olmağı nümayiş etdirib", - şeyx deyib.

Naxian bir neçə sahəyə investisiya yatırmaq istədiklərini qeyd edib. "Bu, əsasən, bank sektorudur və mən bizim "Korbankın" Tbilisidə tikilən ofisinə baş çəkmişəm", - o deyib.

Şeyx onu da qeyd edib ki, Tbilisinin mərkəzində tikilən "Kempinski" mehmanxana kompleksinə də baş çəkib. "Bu ən yaxşı yerdir və biz bu layihəyə 200 million dollar məbləğində investisiya yatırmağı düşünürük", - o deyib.

Ərəb naziri qeyd edib ki, onun Gürcüstana səfəri BƏƏ və Gürcüstan arasında əlaqələrin inkişafına və Gürcüstana investisiya cəlb olunmasına səbəb olacaq.

Qeyd etmək lazımdır ki, "Abu-Dabi" qrupu "Korbank"a $10 mln. kapital yatırıb və bir həftə əvvəl fəaliyyət üçün lisenziya alıb. "Korbank"dan bildirilib ki, altı aydan sonra bank tam həcmdə fəaliyyətə başlayacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, "Abu-Dabi" Gürcüstanın kommunikasiya sahəsinə $80 mln. investisiya yatırmaq niyyətindədir. Bu məqsədlə şirkət Vaymaks simsiz İnternet çəkmək üçün lisenziya alıb. İlin sonunadək bütün Gürcüstan ərazisində simsiz İnternet şəbəkəsi quraşdırılması nəzərdə tutulub.

Şeyxin qeyd etdiyi kimi, Gürcüstanın bütün sahələrini əhatə etmək niyyətində olan qrup, ölkədə yeni imkanlar axtarışındadır.

"Abu-Dabi" investisiya şirkəti 40 ildən artıqdır fəaliyyət göstərir. Bu zaman ərzində şirkət Asiya, Afrika və Yaxın Şərq ölkələrində investisiya layihələri həyata keçirib.

Holdinq bir neçə bankı, telekommunikasiya şirkətini birləşdirir. Onun maliyyə portfeli $10 mlrd. təşkil edir.

Gələcək həftə holdinqin qrupu Bakıya gələcək.

Xəbər lenti

Xəbər lenti