...

Yanvarda Azərbaycanda diler əməliyyatlarının həcminə görə, Yapi Credibank Azerbaijan lider olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral/ Trend , müxbir İ.Xəlilova/2008-ci ilin yanvar ayında Dövlət Qiymətli Kağızlar Bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) BFB-nın Analitik şöbəsinin hesablamalarına əsasən, aparılmış əməliyyatların həcminə görə dilerlərin renkinqinə "YapiKredi Bank Azerbaijan" başçılıq edir. Şirkət ümumi dəyəri 39.294.738,38 AZN olan diler əməliyyatları həyata keçirib. Bu barədə çərşənbə günü Bakı Fond Birjasından məlumat veriblər.

İkinci yeri ümumi həcmi 16.026.498,66 AZN olan diler əməliyyatları aparan "UniBank" tutub. Bu göstərici birinci yeri tutan dilerin göstəricisindən 23,268 mln. AZN azdır. Aparılan diler əməliyyatlarının həcminə görə üçüncü yerdə 14,426 mln. AZN-lə "AtaBank" qərarlaşıb.

Yanvar ayında dilerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə aşağı düşüb. Belə ki, dekabr ayında aparılmış diler əməliyyatlarının öndə gedən məbləği 48.143.223,00 AZN olub. Bundan başqa, oktyabr ayında əməliyyat aparmış dilerlərin sayı 4-dən 5-ə yüksəlib.

2008-ci il yanvar ayı üzrə DQK bazarında aparılmış əməliyyatların həcminə görə dilerlərin renkinqi:

Əməliyyatların həcminə görə yer Əməliyyatların həcminə görə yer Dilerlər Əməliyyatların həcmi (AZN)
1 1 (-) "YapıKrediBank Azerbaican" 39 294 738,38
2 2 (-) "UniBank" 16 026 498,66
3 3 (-) "AtaBank" 14 426 713,94
- 4 (-) "Azəriqazbank" 2 361 191,28
4 5 (Ў) "AzərTürkBank" 597 153,58

-Dekabr 2007 - yanvar 2008

Xəbər lenti

Xəbər lenti