...

Azərbaycanda torpaq islahatları təqribən 100 faiz aparılıb – Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 13:18 (UTC +04:00)
Azərbaycanda torpaq islahatları təqribən 100 faiz aparılıb – Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 06 fevral / " , müxbir U.İsmayılova/ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 99,55 faiz torpaq islahatları aparılıb. Bu barədə çərşənbə günü 2007-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə rəhbəri Qərib Məmmədov bildirib.

Azərbaycan prezidenti 2003-cü il noyabrın 24-də torpaq islahatlarının da daxil olduğu "Ölkənin sosial-iqtisadi inkişafı üzrə tədbirlərin gücləndirilməsi barədə" fərman verib.

Məmmədovun sözlərinə görə, torpaq islahatları üzrə birinci mərhələnin yekun dövründə Komitə 2032 kolxoz və sovxozun ləğv edilməsinə nail olub və onlara məxsus torpaqlar 870 832 ailəyə paylanıb ki, bu da 3,4 mln subyekt deməkdir.

İslahatlar nəticəsində Azərbaycanda torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib: dövlət fondunun təxminən 8,6 mln. ha torpaq sahəsindən 56,9 (5,9 mln. ha) faizi dövlət mülkiyyətində saxlanılıb, 23,5 faiz (2,032 mln. ha) bələdiyyə mülkiyyətinə, 19,6 faiz isə (1,7 mln. ha) şəxsi mülkiyyətə verilib.

Məmmədov bildirib ki, 2007-ci ildə Komitənin nailiyyətləri arasında ilk dəfə olaraq Azərbaycanın "Avtomobil yolları xəritəsi" və "Geoloji xəritə"sinin tərtib edilərək nəşr edilməsini göstərmək olar.

Komitə həmçinin fundamental "Torpaq atlası", "Azərbaycan tarixi atlası", "Kosmotektonik xəritə" tərtib edərək çap etdirib.

Xəbər lenti

Xəbər lenti