...

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi vahid kadastr sistemini tətbiq etməyə hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / " müxbir Ü.İsmayılova / Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, daşınmaz əmlakın vahid sistemini birgə hazırlamaq üçün mübahisəli torpaq sahələri məsələlərini müzakirə ediblər, - cümə günü Dövlət Reyestr Xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda deyilənə görə, Reyestr Xidməti torpaq sahələrinin kadastrı haqqında məlumat tələb edib.

2007-ci ilin iyulunda Azərbaycan hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanda "Daşınmaz əmlakın vahid kadastrı" layihəsinin həyata keçirilməsi üçün $38 mln. məbləğində kredit ayrılmasına dair razılaşma imzalanıb. Onun $15 mln.-u geodeziya, xəritəçəkmə, ortofoto çəkiliş ehtiyacları və torpaq kadastrı məsələləri üçün Azərbaycanın Torpaq və Xəritəçəkmə Komitəsinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti