...

Tacikistan Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2008 18:06 (UTC +04:00)
Tacikistan Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır - nazir

Azərbaycan, Bakı, 12 fevral / " müxbir Ü.İsmayılova / Tacikistan hökuməti Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır,-- çərşənbə axşamı Bakıda ticari-iqtisadi əməkdaşlığa dair Azərbaycan-Tacikistan hökumətlərarası əməli görüşdə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Bobodzoda Qulomcon deyib.

Azərbaycan prezidentinin 7 fevral tarixli sərəncamında ticari-iqtisadi əməkdaşlıqa dair Azərbaycan-Tacikistan dövlətlərarası komissiyanın tərkibi təsdiqlənib. Azərbaycan tərəfindən Komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayev, Tacikistan tərəfindən - iqtisadi inkişaf və ticarət naziri Bobodzoda Qulomcon başçılıq edir.

İclasda Tacikistan tərəfindən İqtisadi İnkişaf və Ticarət, Xarici İşlər, Nəqliyyat və Kommunikasiya Nazirliklərinin, bank sektoru və sahibkarlıq nümayəndələri iştirak ediblər.

Azərbaycan tərəfindən İqtisadi İnkişaf və Nəqliyyat Nazirliklərinin, o cümlədən "Azal" Dövlət aviakonsernin nümayəndələri iştirak ediblər.

Dövlət Statistika Komitəsini məlumatına görə, 2007-ci ildə Azərbaycan və Tacikistan arasında mal dövriyyəsi təxminən $47 mln. təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - ulviyya

Xəbər lenti

Xəbər lenti