...

Azərbaycanın dəmiryolçuları tətili dayandırıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / " müxbir S.Əliyev / Cümə günü Biləcəri qəsəbəsində (Bakı yaxınlığında) Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDYİ) "Lokomotiv" İB -nin, əmək haqlarının artırılmasını tələb edən işçilərinin tətili başa çatıb, - cümə günü ADDYİ-dən deyiblər. İdarədən bildiriblər ki, keçirilən aksiya dəmir yolunun fəaliyyətinə təsir göstərməyib.

"Dəmir Yolu İdarəsinin və İstehsalat Birliyinin rəhbərliyi tətilçilərlə görüş keçiriblər, bundan sonra aksiya dayandırılıb", - ADDYİ-dən deyiblər. İdarədən tətilçilərin tələblərinin qəbul olunub-olunmadığını dəqiqləşdirməyiblər. "Lokomotiv" İB -nin tətil edən əməkdaşlarının nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Birliyin maşinistləri ayda 200 manat, sıravi işçiləri isə, 58 manat əməkhaqqı alırlar. Birliyin bütün işçiləri əmək haqqının ikiqat artırılmasını tələb edirlər.

Məqalə müəllifinin ünvanı: Seymur

Xəbər lenti

Xəbər lenti