...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend / Cari ilin fevral ayının 26-da saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında (BFB) qeydiyyat №-si 10300820S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilir.

DQİ-nin ümumi həcmi 5 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, İstiqrazların tədavül müddəti 182 gün, ödəmə tarixi 26 avqustdur.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti