...

Azərbaycanda "Mobile Banking" xidməti ilə daha beş bank maraqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir İ.Xəlilova / Daha beş bank "Mobile Banking" xidmətinə qoşulmaq maraqlarını bildiriblər. Xidmətdən "Azerikard" prosessinq mərkəzi vasitəsilə "Azercell" abunəçiləri istifadə edə bilərlər - mərkəzdən bildiriblər. Pilot layihədə iki bank - Azərbaycan Beynəlxalq Bankı və "Bank Respublika" iştirak edib. İndi isə onlara "Azerigazbank", "Bank Standard", "AtaBank", "Bank of Baku" və digərləri qoşula bilərlər.

Bu xidmətin xüsusiyyəti ondan ibarətdir ki, abunəçilər rabitə xidməti və elektrik enerjisi xərclərini Mobil telefon vasitəsilə ödəyə biləcəklər. Bütün bu xidmətlərdən hətta ölkə hüdudlarından kənarda da istifadə etmək olar. Göstərilən xidmət haqqı - 22 konturdur.

Xidmət müştəriyə yeddi gün, günün 24 saatı öz bank hesabları haqqında: son əməliyyatlar, hesaba daxil olan və çıxarılan vəsaitlər haqqında məlumat almağa da imkan yaradır.

"Azərikard"da əmindirlər ki, Azərbaycanda "Mobile Banking" geniş yayılacaq. Baxmayaraq ki, hazırda bu xidmətdən istifadə edənlərin sayı təxminən 120 müştəridir. Qazaxıstanda bu xidmət 2005-ci ildən tətbiq olunur və müştərilərin sayı 285 minə çatıb, onların arasında təqaüdçülər də var.

Yeganə təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan "Azərikard" vasitəsilə hazırda 30 banka xidmət göstərilir.

Xəbər lenti

Xəbər lenti