Azərbaycan, Bakı, 13 mart / " , müxbir U.İsmayılova/ Azərbaycanda özəl sektorun ən iri bankı və ölkə bankları arasında həcminə görə ikinci olan "Bank Standard"ın 29 fevral tarixinə olan aktivlərinin ümumi həcmi 626,9 mln. manat (743,4 mln. ABŞ dolları) təşkil edib. Belə olan halda cari ilin ilk iki ayı ərzində bank aktivlərinin ümumi həcmi 18,3 mln. manat (21,7 mln. ABŞ dolları) və ya 3% artım göstərib. Bu göstərici üzrə artım yalnız fevral ayı ərzində 29,3 mln. manat (34,8 mln. ABŞ dolları) və ya 5% təşkil edib.
Bu il fevral ayının sonuna bank tərəfindən verilən kreditlərin həcmi 416,1 mln. manat (493,4 mln. ABŞ dolları) təşkil edib. Beləliklə 2008-ci il ərzində kredit portfelinin artımı 9,4 mln. manat (11,2 mln. ABŞ dolları) və ya 2% təşkil edib. Son bir ay ərzində bu göstərici 2,2 mln. manat (2,6 mln. ABŞ dolları) və ya 1% artıb.
Fevral ayının sonuna müştəri hesablarındakı vəsaitlərin həcmi 253,7 mln. manat (300,8 mln. ABŞ dolları) təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 4,3 mln. manat (5,1 mln ABŞ dolları) və ya 2% azalıb. Eyni zamanda, son bir ay ərzində bu göstərici 8,4 mln. manat (9,9 mln. ABŞ dolları) və ya 3% artıb.
Cari ilin 29 fevral tarixinə fiziki və hüquqi şəxslərdən cəlb edilmiş müddətli depozitlərin həcmi 182,8 mln. manat (216,8 mln. ABŞ dolları) təşkil edib. Beləliklə cari ilin əvvəlindən cəlb olunmuş depozitlərin həcmi 1,7 mln. manat (1,9 mln. ABŞ dolları) və ya 1% azalıb. Eyni zamanda, bu göstərici son bir ay ərzində 3,1 mln. manat (3,7 mln. ABŞ dolları) və ya 2% azalıb.
Bu il ərzində bankın vergi ödənilənədək xalis mənfəəti 2,9 mln. manat (3,4 mln ABŞ dolları) təşkil edib. Bu göstərici üzrə son bir ay ərzində 1,3 mln. manat (1,5 mln ABŞ dolları) artım müşahidə olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]