...

Azərbaycan lizinq şirkəti korporativ istiqrazlarını yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanın lizinq şirkəti "Ata Leasing" şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 500 min dollar məbləğində korporativ istiqrazlarını yayıb. Bu barədə cümə axşamı şirkətin yayılmış məlumatında deyilir.

Məlumat verildiyi kimi, istiqrazların nominal dəyəri 1 min dollar, üç illik müddətə verilən korporativ istiqrazların sayı isə 500-dür.

Ümumi dəyəri 500 min dollar olan korporativ istiqrazlar fevral ayının 29-da artıq yerləşdirilib.

"Ata leasing" lizinq şirkəti Ata Bank şirkətinin törəmə şirkətidir və 2004-cü ildən Azərbaycanın lizinq bazarında fəaliyyət göstərir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti