...

Naxçıvan MR-da əmək qabiliyyətli əhalinin təxminən 100 faizi işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir S.Babayeva / Fevral ayının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikasının əmək qabiliyyətli əhalisinin 185,7 min nəfərindən 185,4 min. nəfəri işlə təmin edilib. Bu barədə NMR-ın Bakıdakı nümayəndəliyindən məlumat verilib.

"Yanvar ayı ərzində Muxtar Respublikanın məşğulluq idarələri tərəfindən 114 nəfər işlə təmin olunub"- NMR-ın nümayəndəliyindən bildirilib.

NMR-ın işsizlik üzrə müavinətləri 51, 9 manat təşkil edib ki, iqtisadiyyatla məşğul olan əhalinin orta aylıq əmək haqqı 33,7 faizdir.

2003-cü ilin okryabr ayından 2008-ci ilin yanvar ayınadək NMR-da 30,6 min yeni iş yerləri, o cümlədən 19,2 min daimi iş yeri açılıb.Təkcə 2007-ci ildə 5827 iş yeri açılıb. Onlardan 32 faizi dövlət sektoruna, 68 faizdən çoxu isə, özəl sektorun payına düşür.

Xəbər lenti

Xəbər lenti