...

"Bank Respublika" Ofis24 layihəsi çərçivəsində bayram günlərində bank xidmətləri göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2008 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / " / "Bank Respublika" Ofis24 layihəsi çərçivəsində qeyri-iş günləri olan - 20 mart 2008-ci ildən 28 mart 2008-ci ilədək əhaliyə fasiləsiz xidmət göstərəcək. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında bildirilir.

Bakı şəhəri, Neftçilər pr. 67 ünvanında yerləşən Ofis24 həftənin bütün günləri, o cümlədən bazar və bayram günləri 24 saat fasiləsiz fəaliyyət göstərir.

Ofis24 əhaliyə cari hesab üzrə əməliyyatlar, əmanətlərin qəbulu, kredit üzrə borcun ödənilməsi, plastik kartlar üzrə əməliyyatlar (kartın sifarişi, kart hesabına mədaxil, kartdan nəqd pulun alınması), Western Union, Coinstar, Contact, Migom, PrivatMoney, Bıstraya poçta, Blizko, Xpress Money və Allür təcili pul köçürmələri, mobil rabitə xidmətlərinin ödənilməsi, valyuta mübadiləsi və digər xidmətlər göstərir.

"Bank Respublika" Azərbaycanda əhaliyə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən yeganə bankdır. Hər gün 24 saat fasiləsiz xidmət göstərən Ofis24 "Bank Respublika"nın müştərilərə maksimum dərəcədə faydalı olmaq konsepsiyasına uyğun olaraq 2005-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti