Azərbaycan, Bakı, 29 mart/ Trend / Dünya Bankı (DB) Azərbaycanda Kənd sərmayyə layihəsinə (AzRIP) $15 mln. ayırıb. Layihə, xidmət sahəsində potensialın əldə olunmasında və iş yerlərinin açılmasında, kənd təssərüfatı ili bağlı olmayan, kənd sakinlərinə əlavə gəlir mənbəyini verir.
Əlavə ayrılmış kredit AzRIP layihəsini genişləndirmək fürsətini verəcək və onun ömrünü üç il uzadacaq.
DB-nın Azərbaycanda nümayəndsi Qriqoriy Djedrzedjkzakın sözlərinə görə, Azərbaycanda kasıb təbəqəsi xeyli azalıb. Lakin, bir çox təkminləşdirmələr və rifah Bakıda cəmləşib, bu isə öz növbəsində kənddən şəhərə kütlənin axışına çıxarır. Bundan savai, infrastrukturun çatışmaması sərmayyə və kommersiya fəaliyyətinə mane olur.
"Uzunmüddətli və tarazlanmış regionların inkişafı proqramı - hökümətin əsas prioriteti sayıla bilər və biz DB-da çox şadıq və əlimizdən gələni edəcəyik ki, bu layihəni maliyyələşdirək", deyə Q.Djedrzedjkzak vurğulayıb.
2004-cü ildə təstiq edilmiş Kənd sərmayyə layihəsi üç komponentdən ibarətdir - infrastruktur, həyat tərzinin yüksəldilməsi və layihəyə rahbərlik. Layihə hal hazırda 21 rayornu əhatə edir, kasıb kənd birliklərinə xeyir gətirir, genişlənəcək və 24 rayonu əhatə edəcək.
"Keçən il ərzinə AzRIP işçi qrupu Azərbaycanın kəndlilərinə müraciət etməkdə böyük iş görmüşdür", deyə DB rəhbər qrupunun başçısı Mark Vudvard bildirib.
Azərbaycan Dünya Bankına 1992-ci ildən birləşib. O dövürdən, DB Azərbaycana 37 əməliyyat aparmaq üçün təxminən $1.087 mlrd. ayarmışdır.