...

Azərbaycan sığorta bazarının perspektivləri xarici sərmayədarları cəlb edir – DSN-nin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 13:03 (UTC +04:00)
Azərbaycan sığorta bazarının perspektivləri xarici sərmayədarları cəlb edir – DSN-nin rəhbəri

Azərbaycan, Bakı, 30 aprel / " , müxbir U.İsmayılova/ Azərbaycanın sığorta bazarında xarici sığorta şirkətləri nümayəndəliklərinin iştirakının artması onların bazarın inkişaf perspektivlərini nəzərə almasından irəli gəlir. Bu barədə Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti (DSN) şöbəsinin mudiri Namiq Xəlilov bildirib.

"Azərbaycanın sığorta bazarı son ildə 60 faiz artıb", - deyə çərşənbə günü Trend a Xəlilov bildirib.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, sığorta şirkətlərinin haqları 2007-ci ilin yekunu üzrə 147,2 mln. manat, sığorta ödəmələri isə 35,62 mln. manat təşkil edib.

Ötən həftə Azərbaycanda Rusiyanın iri ROSNO şirkətinin nümayəndəliyi açılıb. Azərbaycanda Rusiyanın "Malakut" və "İnqosstrax" kimi iri sığortaçılarının nümayəndəlikləri də fəaliyyət göstərir. "İnqosstrax" ölkədə artıq şəxsi şirkətini təsis etmək niyyətində olduğunu bildirib. Sığorta bazarının tam olaraq öyrənilməsindən sonra analoji niyyət barədə ROSNO təsisçiləri də bəyan ediblər.

Xəlilovun sözlərinə görə, xarici sığortaçıların Azərbaycanın sığorta bazarına cəlb edilməsinin səbəbi həmçinin "Sığorta fəaliyyəti barədə" qanunun qəbul olunmasıdır. Qanuna əsasən, yerli şirkətlərin kapitalında xarici sərmayədarların 49 faizlik iştirak limiti ləğv olunub.

Mart ayının 15-də qüvvəyə minən yeni qanuna müvafiq olaraq, 49 faizlik limit bir şirkətin kapitalına deyil, bütün sığorta şirkətlərinin məcmu kapitalına tətbiq edilir.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti