...

Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə köçürmələri artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2008 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend / Cari ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə proqnozlaşdırılan 374 mln. manata nisbətdə 375,16 mln. manat köçürmə edib. Bu barədə DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Cari ilin dörd ayı ərzində dövlət büdcəsinə 150,97 mln. manat (67,34 faiz) həcmində aparılan köçürmə ötən ilin analoji dövr göstəricilərini üstələyib.

Ötən il DGK dövlət büdcəsinə 771,9 mln. manat köçürmə aparıb ki, bu da 2006-cı ilin analoji dövr göstəricisindən 255,9 mln. manat çoxdur.

Xəbər lenti

Xəbər lenti