Azərbaycan, Bakı, 08 may/ Trend , müxbir İ.Xəlilova/ Martda Azərbaycan banklarının depozit bazası 0,6 faiz azalıb, birinci rübdə isə 2007-ci ilin analoji dövrü ilə müqayisədə bu göstəricinin artımı 70,8 faiz təşkil edib. Bu barədə cümə axşamı Azərbaycan Milli Bankından məlumat veriblər.
AMB-nin məlumatlarına əsasən, aprelin 1-ə hüquqi və fiziki şəxslərin bank depozitləri və əmanətlərinin ümumi həcmi 3606,7 mln. manat təşkil edib. Bu, yanvarın 1-də 3183,7 mln. manat, 2007-ci il aprelin 1-də isə 2111,4 mln. manat olub. Bu həcmdən 1693,7 mln. manat vəsaitlərinə, qalan hissəsi isə valyutanın payına düşüb. Martda manat depozitlərinin həcmi 0,7 faiz artıb.
Martda fiziki şəxslərin əmanətləri 1,5 faiz artıb, hüquqi şəxslərin depozit həcmi isə 2,3 faiz azalıb. İl ərzində fərdi müştərilərin depozitlərinin artımı 74,7 faiz, korporativ müştərilərin depozitlərinn artımı isə 67,9 faiz təşkil edib.
Aprelin 1-nə fiziki şəxslərin ölkənin banklarında olan əmanətlərinin həcmi yanvarın 1-ə olan 1 468,4 mln. , 2007-ci il aprelin 1-nə olan 908,4 mln. manatdan 1587,2 mln. manatadək artıb. Aprelin 1-ə hüquqi şəxslərin depozit həcmi 2019,6 mln. manat təşkil edib. Bu göstərici yanvarın 1-də və 2007-ci il aprelin 1-də müvafiq olaraq 1715,3 mln. manat və 1202,9 mln. manat təşkil edib.
Aprelin 1-ə fiziki şəxslərin 729,2 mln. manat əmanət və depoziti milli valyutada, 858 mln. manat (+2,8 faiz) isə ADV-də həyata keçirilib. Hüquqi şəxslərin depozitlərindən 964,6 mln. manat (+1,3 faiz) manatla, 1055 mln. manat isə (-5,3 faiz) ADV-də həyata keçirilib.
Mayın 8 -nə olan rəsmi məzənnə - 0,8292 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]