...

Azərbaycan fermerləri üçün maliyyə yardımları artırılacaq – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 may / " , müxbir U.İsmayılova/ Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində kənd təsərrüfatının inkişafı üçün əlavə vəsaitlərin ayrılması üzrə plan hazırlayır. Bu barədə cümə günü maliyyə naziri Samir Şərifov bildirib.

"Hökumət fermerlərə verilən maliyyə yardımlarını artırmağı planlaşdırır", - deyə nazir bildirib.

Şərifov proqnozlaşdırılan vəsaitin həcmini açıqlamayıb. Bu onunla izah olunur ki, hazırda maliyyə yardımlarının ayrılması üzrə səmərəliliyin dəqiqləşdirilməsi üçün monitorinq aparılır və bunun nəticəsində fermerlər üçün ayrılacaq əlavə vəsait həcmi və mexanizmi müəyyən olunacaq.

Azərbaycanda fermerlərə maliyyə yardımları ötən ilin yanvar ayında enerji daşıyıcıları qiymətinin qalxması ilə əlaqədar xərcləri kompensasiya etmək üçün 2007-ci ildən hər hektara görə 40 manat həcmində ayrılır. Fermerlərin gübrə ilə təmin edilməsi məqsədi ilə hökumət həmçinin gübrənin dəyərindən 50 faizin ödənilməsi üçün (hər hektara görə 26 manat) vəsait ayırır. Əlavə olaraq isə hər hektara görə 40 manat taxıl istehsalı ilə məşğul olan fermerlərə ayrılır.

Azərbaycanın 2008-ci il dövlət büdcəsindən kənd təsərrüfatına maliyyə yardımının verilməsi üçün 80 mln. manat ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi bu il artıq aqrar sektor üçün maliyyə yardımı həcminin təxminən 100 mln. manata qədər artırılması təklifi ilə hökumət qarşısında çıxış edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti