Azərbaycan, Bakı, 13 may / " "Bank Respublika"nın baş ofisində bazar ertəsi müstəqil şirkət və təşkilatların nümayəndələrindən ibarət Münsiflər Heyətinin iştirakı ilə "Futbol üzrə Avropa Çempionatına Səyahət" uduş kampaniyası mükafatlarının oynanılma mərasimi keçirilib.
Uduş kampaniyasının nəticələrinə əsasən, "Bank Respublika"nın 3 plastik kart müştərisi, hər biri bu ilin iyun ayında keçiriləcək Futbol üzrə Avropa Çempionatına 2 nəfərlik səyahət qazanıb. Hər 3 uduşda 2 aviabilet, oteldə qalma, sığorta və Türkiyə yığma komandasının Portuqaliya, İsveçrə və Çexiya yığmaları ilə İsveçrənin Bazel və Cenevrə şəhərlərində keçiriləcək qrup oyunlarından birinə 2 bilet oynanılıb. Bank qalibləri telefonla xəbərdar edir.
Kampaniyada "Bank Respublika"nın MasterCard və Maestro plastik kartlarının istifadəçiləri iştirak ediblər. Bu ilin 15 mart tarixindən 5 may tarixinədək "Bank Respublika"nın plastik kartları ilə ən azı 20 manat ABŞ dolları və ya avro həcmində aparılan hər əməliyyat avtomatik olaraq 1 şans kimi qeyd olunub.
"Bank Respublika" hazırda Maestro, MasterCard və VISA kart müştəriləri arasında "Malta Səyahəti" uduş kampaniyasını da keçirir. Kampaniyanın əsas mükafatı 7 günə 2 nəfərlik Malta səyahətidir. 11 əlavə mükafat isə, 1 noutbuk və 10 ədəd Pod Touch audio-video pleyerindən ibarətdir. 2008-ci ilin 1 mart tarixindən 1 iyun tarixinədək "Bank Respublika"nın kartları ilə ən azı 20 manat, ABŞ dolları və ya avro həcmində hər əməliyyat avtomatik olaraq bu kampaniyada 1 şans kimi qeyd olunur. "Malta Səyahəti" kampaniyasının qalibləri bu ilin 20 iyun tarixində keçiriləcək lotereya oyununun nəticəsində müəyyən olunacaqlar.
"Bank Respublika" müştərilərə plastik kartları pulsuz və illik xidmət haqqı olmadan təklif edir. "Bank Respublika" kartlar üzrə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5000-dək AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanı da verir. Bank, həmçinin, kartlar üzrə Home Banking, Card-to-Card, MobilBank və sair əlavə xidmətlər göstərir. "Bank Respublika" plastik kartlarının sahibləri, həmçinin, Azərbaycanın müxtəlif satış-xidmət müəssisələrində mal və xidmətlərə endirimlər əldə edirlər.