...

Azərbaycanın Məşğulluq Xidməti tələbələrə karyeralarını qurmaqda kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir U.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyinin nəznində fəaliyyət göstərən Məşğulluq Xidməti azərbaycanlı tələbələri gələcək karyeralarını qurmaq üçün əmək bazarı ilə tanış etmək niyyətindədir. Bu haqda Məşğulluq Xidmətinin rəhbəri Anar Bədəlbəyli cümə günü bildirib.

"Məşğulluq Xidməti bu məqsədlə tələbələr üçün vaxtaşırı olaraq "Karyeranın ilk addımları" şüarı altında əmək yarmarkaları keçirəcək", - Bədəlbəyli əlavə edib.

Məşğulluq xidməti Azərbaycan Dövlət Texniki Universitetinin tələbələri üçün cümə günü keçirəcəyi əmək yarmarkasında 771 vakant yer (242 dövlət və 539 özəl müəssisəsində) təklif edəcək. Yarmarkada 114 müəssisə iştirak edəcək. Yarmarkanın gedişində Universitetin tələbələrinə Məşğulluq Xidmətinin informasiya bazasında olan təxminən 3,3 min vakansiya təklif olunacaq.

Bədəlbəylinin sözlərinə görə, oxşar tanışlıq yarmarkaları mayın 30-da "Qafqaz" Universitetində, həmçinin Gəncə, Minqəçevir və Lənkəran şəhərlərində keçiriləcək.

2007-ci ildə Bakıda, Gəncə və Minqəçevirdə tələbələr üçün keçirilən tanışlıq əmək yarmarkalarında 133 müəssisə iştirak edib və təklif olunan 774 vakant yerdən 289-u təmin edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti