Azərbaycan, Bakı, 22 may / Trend / İyun ayının 20-dək tam yerləşdirilənə qədər saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10502520S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın çərhənbə günü yayılan məlumatında deyilir.
DQİ-nin ümumi həcmi - 2 692 800 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti - 90 gün, ödəmə tarixi - 19 avqust.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.