Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir S.Babayeva/ Beynəlxlq ekspertlərin qiymətləndirmələrinə əsasən, beş il ərzində Azərbaycanda Etalon Mərkəzinin yaradılması üçün təqribən 15 mln. avro tələb olunur. Bu barədə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov məlumat verib.
"2008-2013-cü illəri əhatə edən dövlət proqramı nəzərdən keçirilmək üçün hökumətə təqdim edilib" - o əlavə edib.
Həsənovun sözlərinə görə, bu gün Etalon Mərkəzi üzrə təmir-quraşdırma işləri başa çatır. Mərkəzin açılışını ən qısa müddətdə keçirmək planlaşdırılıb.
Ümumilikdə doqquz etalon alınıb. Bu etalonlar dəyəri təqribən $400 min olan təzyiq və yükün ölçülməsi üçün nəzərdə tutulub. Bu il əlavə olaraq dörd etalon alınacaq. Təşkilat rəhbərinin bildirdiyinə görə, növbəti il vaxt etalonları alınacaq. Agentlik beş il ərzində təqribən 50 etalon almağı planlaşdırır.
Dövlət Agentliyində hesab edirlər ki, Azərbaycanda "etalonların tətbiqi və belə mərkəzin yaradılması fövqəladə şəkildə zəruridir". Belə ki, Azərbaycanda əlverişli investisiya iqlimi xarici investisiya şirkətlərinin sayının artmasına xidmət edir. Bu şirkətlər ölçü vasitələrinin texniki tələblərinin müvafiqliyinin müəyyən edilməsi üçün xarici ölkələrə müraciət edirlər. Belə ki, bunun üçün nə Azərbaycan, nə də qonşu ölkələrdə dövlət ölçü vahidləri (etalonlar) yoxdur. Bütün bunlar iri valyutanın Azərbaycan bazarından xaricə axmasına səbəb olur.
Yerli şirkətlər xarici ölkələrdə bu xidmətlərə görə böyük məbləğdə pul sərf edirlər. Dövlət Agentliyində hesab edirlər ki, belə mərkəzin yaradılmasından sonra onların qiyməti 10 dəfədən az olacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]