...

Naxçıvanda kanalizasiya sistemi yenidən qurulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 09:40 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 11 iyun / Trend müxbir E.Məmmədov/ Naxçıvanda kanalizasiya sistemi yenidən qurulacaq. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru Əsgər Əsgərov Naxçıvan MR şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemləri sektorunun beynəlxalq maliyyə institutları və müxtəlif banklar hesabına maliyyələşdirilən layihənin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Naxçıvan şəhərində və bəzi rayonlarda kanalizasiya sisteminin istismar müddəti başa çatdığından bu sahənin yenidən qurulmasına ehtiyac var idi.

Bu məqsədlə Dünya Bankı və Asiya İnkişaf Bankı Azərbaycanda şəhər su təchizatı və kanalizasiya xidmətləri layihəsi üçün maliyyə vəsaiti ayırmışdır. Naxçıvanda bu layihənin həyata keçirilməsinə 2,4 milyon ABŞ dolları vəsait ayırıb.

Qeyd edək ki, layihə başa çatdıqdan sonra Naxçıvan şəhərində kanalizasiya şəbəkəsinin uzunluğu 62 kilometr, su kəmərinin uzunluğu isə 67 kilometr təşkil edəcək. Gün ərzində şəhər təsərrüfatlarına 18 min kubmetr su ötürüləcək ki, bu da adambaşına 200 litr deməkdir.

Bundan əlavə layihə tərəfindən Naxçıvan şəhərində 2 yeni su anbarının tikilməsi və 2 su anbarında isə yenidənquruma işlərinin aparılması nəzərdə tutulub.

Qeyd olunan layihələr 2010-cu ildə başa çatdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti