...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri yüz milyard dollarla hesablanacaq – prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2008 14:31 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondunun aktivləri yüz milyard dollarla hesablanacaq – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir A.İsmayılova/ Gələcək nəsillər üçün neft-qaz əməliyyatlarından vəsaitlərin toplandığı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri yüz milyard dollarla hesablanacaq, cümə axşamı ölkə parlamentinin yaradılmasının 90 illiyi münasibətilə yubiley tədbirində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib. Hazırda ARDNF-ın aktivləri $5 mlrd.-ı ötür.

"Gələcək nəsillərin xoşbəxt həyatı üçün Dövlət Neft Fondunda vəsaitlər toplanır", - dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanın qızıl-valyuta ehtiyatları $20 mlrd.-a çatacaq. Hazırda bu ehtiyat $10 mlrd.-ı ötür.

Azərbaycan iqtisadiyyatının inkişafını və son dörd ildə ÜDM-in səviyyəsinin 96 faiz artdığını qeyd edən prezident bildirib ki, son dörd ildə ölkədə yoxsulluğun səviyyəsini 49 faizdən 16 faizədək azaltmaq mümkün olub.

Azərbaycanın birinci parlamenti 1918-ci ildə yaradılıb. 1918-ci il mayın 28-də Tbilisidə Şərqdə ilk müstəqil respublikanın - Azərbaycan Demokratik Cümhuriyyətinin (ADC) yaradılması elan edilib. İlk parlament 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti