...

İran Total üçün vacib strateji ölkədir – Fransa şirkətinin rəsmi nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2008 10:40 (UTC +04:00)
İran Total üçün vacib strateji ölkədir – Fransa şirkətinin rəsmi nümayəndəsi

Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir G.Əhmədova, A.Bədəlova/ Fransanın Total neft şirkəti hesab edir ki, İranı strateji vəzifələri üçün vacib ölkə hesab edir. Total-ın ictimaiyyətlə əlaqələr üzrə baş nümayəndəsi Patrisiya Mari (Patricia Marie) cümə axşamı Parisdən telefonla Trend -a bildirib ki, şirkət hazırda İranla danışıqlar aparır. Danışıqların təfərrüatı açıqlanmır.

"Biz İranla danşıqlar aparırıq. Lakin regiondakı real geosiyası vəziyyət Total-a ölkəyə yeni sərmayələr yatırmağa imkan vermir", - Mari bildirib.

Onun sözlərinə görə, Fransa şirkəti İranda fəaliyyətini dayandırmayıb, yalnız "müvəqqəti olaraq işləri dondurub".

Ötən həftə dünya KİV məlumat yayıb ki, Fransa şirkəti İranda "Cənubi Pars" qaz-kondensat yatağının işlənilməsinə dair layihədən gedir və ölkə iqtisadiyyatına sərmayə yatırılmasını dayandırır. Fransanın Total neft şirkətinin rəhbəri Kristof de Marjerini Britaniya KİV-ə müsahibəsində bildirib ki, şirkət İrana sərmayə yatırarsa, "siyasi risklərə" məruz qalacaq. Belə ki, insanlar deyə bilərlər ki Total pul üçün hər şeyi edər. Sonra İran Milli Neft Şirkətinin (NİOC) rəhbəri Seyfulla Cəşnsaz Total-ın İrandan getməsi barədə məlumatı "Qərbin şeytani oyunları" adlandırıb və bəyan edib ki, Fransa şirkəti İranın neft sənayesindəki öhdəliklərinə sadiq qalacaq.

Total-ın xarici əlaqələr şöbəsinin nümayəndəsi Burkhard Ross (Burkhard Reuss) cümə axşamı elektron poçtla Trend -a bildirib ki, şirkət İranın Milli Neft Şirkəti ilə münasibətlərini saxlamaq niyyətindədir.

"Total-ın rəhbəri Financial Times-a müsahibəsində aydın şəkildə bildirib ki, bu gün şərait şirkətin İrana yeni sərmayələr yatırmasına imkan vermir", - Ross yazır.

"Cənubi Pars" dünyada ən iri qaz yatağıdır. Total şirkəti bu layihənin "11 və 12-ci faza"larının işlənilməsində iştirak etməli idi. Şirkət yazda "Cənubi Pars"dan mümkün gedişi barədə danışıqlara başlayıb və bunu layihə üzrə kapital xərclərinin artması ilə əlaqələndirib. . Əvvəllər eyni səbəbə görə İngiltərə-Hollandiya şirkəti RD/Shell və İspaniyanın Repsol şirkəti yatağın "13-cü faza"sının işlənilməsində iştirakdan imtina ediblər.

Analitiklərin rəyinə görə, Qərb şirkətləri olmadan "Cənubi Pars" layihəsini həyata keçirmək çətin olacaq. Fransa şirkətinin layihədən gedişi isə, ona sağalmaz zərbə vuracaq.

Amerikanın Energy Securities Analysis (ESAI) şirkətinin analitiki Endrü Ridin sözlərinə görə (Andrew Reed), Total-ın gedişi layihənin yubanmasına gətirəcək.

"Total bu layihənin tələb etdiyi çox sayda nou-hau və müasir texnologiyalara malikdir. İran layihəni Total-ın iştirakı olmadan reallaşdırmağa çalışarsa, texnologiyaların çatışmaması riski yaranacaq və bu, layihənin reallaşdırılmasının yubanmasına gətirəcək", - Rid cümə axşamı elektron poçtla Trend -a bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti