...

Özbəkistan Nəvai şəhər aeroportunda logistika üzrə regional mərkəz yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2008 14:08 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 12 avqus Trend , müxbir T.Jukov/ "Nəvai"aeroportunun bazası əsasında eyni adlı, Orta Asiyada ən böyük regional logistika mərkəzi yaradılacaq, - Trend -ın Daşkənddəki müxbiri xəbər verir.

Layihənin həyata keçirilməsinə başlamaq üçün "Özbəkistan Hava Yolları" Milli Aviasiya Şirkətinin (MAŞ) strukturunda xarici və alyans əlaqələri idarəsi yaradılıb, - Trend -a MAŞ-ın mətbuat xidmətindən bildiriblər. Yeni idarənin tərkibinə üç şöbə daxildir: xarici əlaqələr şöbəsi, İATA və beynəlxalq aviasiya alyansı SkyTeam ilə iş üzrə şöbə. MAŞ-ın mətbuat xidmətinin məlumatına əsasən, yeni idarənin başlıca vəzifəsini - "Nəvai" aeroportunun bazasında regional logistika mərkəzinin yaradılması layihəsinə aviaşirkətin cəlb olunmuş bütün xidmətlərinin fəaliyyətinin koordinasiyası təşkil edir.

Mayın ortalarında Koreyanın böyük aviadaşıyıcısı Korean Air və "Özbəkistan Hava Yolları" MAŞ yeni bazarların kəşf edilməsində tərəfdaşlığın genişləndirilməsini, Özbəkistan logistika infrastrukturunun inkişafını nəzərdə tutan memorandum imzalayıblar. Tərəflər elə o zaman logistika mərkəzinin yaradılması barədə razılığa gəliblər. Yaxın zamanlarda bu məsələ üzrə iki ölkə hökumətləri səviyyəsində son qərarın qəbul edilməsi gözlənilir.

Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Əlişir Şayxovun dediyinə görə, bu layihənin Koreya operatoru, kimin aeroportda logistika mərkəzi tikəcəyini və layihəyə qoyulacaq sərmayələrin həcmini həll etməlidir. Layihəyə çoxlu böyük aviaşirkətlər, o cümlədən  SAS və Yaxın Şərqdən olan aviaşirkətlər maraq göstəriblər.

"Nəvai" aeroportu 1962-ci ildə Qızılqum səhrasının mərkəzində tikilib. Aeroport "AN-24", "YAK-40" tipli təyyarələrin qəbulunu və yola salınmasını təmin edir, "İL 114", RJ-85 tipli hava gəmilərini qəbul etmək qabiliyyətinə malikdir. 2004-cü ildən aerodromun modernləşdirilməsi və yenidən qurulması üzrə fəal iş aparılır. İşlər tamamlandıqdan sonra aeroport bütün tip təyyarələri qəbul edə biləcək.

2006-cı ilin dekabrında Nəvai aerodromunun Rusiya hərbi hava qüvvələri tərəfindən istifadəsinə dair Rusiya HHQ və Özbəkistan arasında razılıq əldə olunub. Razılıq, Rusiya HHQ-nin Baş komissarı Vladimir Mixaylovun Özbəkistana səfəri zamanı əldə olunub.

Xəbər lenti

Xəbər lenti