...

Azərbaycan və IFAD ölkənin kənd təsərrüfatı üçün son güzəştli kredit üzrə saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondu (IFAD) ilə kənd təsərrüfatının inikşafı üçün 17,9 mln. dollar həcmində kreditin ayrılması üzrə saziş imzalayıb. Bu barədə çərşənbə axşamı Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru Razim Vəliyev bildirib. Bu, Azərbaycan üçün sonuncu güzəştli kredit ola bilər. Bundan sonra Azərbaycan bu maliyyə institutundan yalnız kommersiya tipli maliyyələşməyə bel bağlaya bilər.

"Heç bir ölkə bu günədək IFAD-dan bu həcmdə kredit almayıb, adətən onun kreditləri təqribən 10-12 mln. dollar təşkil edir", - deyə baş direktor bildirib.

İmzalama mərasimi İtaliyada keçirilib. Sənədi Azərbaycan hökuməti adından ölkənin İtaliyadakı səfiri imzalayıb. Vəliyevin sözlərinə görə, kredit sazişi hazırda dövlət daxili prosedur keçir, bundan sonra isə hökumət rəhbəri tərəfindən təsdiq ediləcək.

"Təsdiqdən sonra layihənin yekun dəyəri dəqiqləşdiriləcək. İrriqasiya, meliorasiya işləri və tikinti materialları qiymətinin artması səbəbindən layihənin qiymətləndirilməsi onun reallaşdırılması ərəfəsində aparılıcaq", - deyə Agentliyin baş direktoru bildirib.

Azərbaycan əməkdaşlığın əvvəlindən IFAD xətti ilə yalnız 20 il güzəştli ödəmə müddəti və illik 0,75 faiz ilə 40 il müddətinə kredit alıb. Gələcəkdə bu şərtlərlə kreditlərin ayrılmasından imtina edilməsi ölkənin iqtisadi inkişaf tempi ilə izah olunur. Belə münasib şərtlərlə daha bir kreditin alınması üçün hökumət və İFAD ötən ilin dekabrında ölkənin qərb istiqamətində regionların inkişafı üzrə layihəyə dair ilkin razılaşma əldə edib. Onun hazırlanması üçün Fond 1 mln. dollar həcmində qrant ayırıb. İlkin məlumatlara görə, layihənin ümumi dəyəri 30 mln. dollar məbləğində qiymətləndirilir.

Layihə Şəmkir, Tovuz, Ağstafa və Qazaxı əhatə edir, çünki ölkədə kənd təsərrüfatı sahəsində reallaşdırılan layihələr bu günədək bu rayonları əhatə etməyib. Bu regionlarda fermerlərin kreditlə təmin edilməsi nəzərdə tutulub və kredit komponentinə 4 mln. dollar ayrılacaq, bu məbləğin 1mln. dolları mikrokretidləşməyə, 3 mln. dolları isə kommersiya kreditləşməsinə yönəldiləcək.

Bu gündək ölkə IFAD-dan ümumi məbləği 31,4 mln. dollar olan üç kredit əldə edib.

Avqustun 26-sı üçün hazırki məzənnə 0,8141 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti